Ölkə kubokunda mövsümə start verilir

13.01.2026 10:52 11
İdman
Basketbol üzrə ölkə kubokunda mövsümə bu gün start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ilk olaraq 1/8 final mərhələsinin iki oyunu keçiriləcək.

Saat 17.00-da "Naxçıvan" - "Quba", 20.00-da "Neftçi" - "Lənkəran" qarşılaşmaları təşkil olunacaq. Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq. Sabah "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt" oyunları keçiriləcək.

Qeyd edək ki, "Naxçıvan" - "Quba" cütünün qalibi növbəti mərhələdə "Sabah"la, "Neftçi" - "Lənkəran" duelinin güclüsü "Gəncə" ilə üz-üzə gələcək. "Şəki" - "Sərhədçi" matçının qalibi 1/4 finalda "Abşeron Lions"la, NTD - "Sumqayıt" cütünün güclüsü isə "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu oyunlar fevralın 18-22-si aralığında gerçəkləşəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul