“Qarabağ”ın müdafiəçisi Sami Mmae cəzalandırılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Bildirilib ki, belçikalı futbolçu Əvəzedicilər liqasındakı davranışına görə buna məruz qalıb. O, 21-ci turda “Sabah-2” ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub. Buna görə, Mmae 1 oyunluq cəzalandırılıb “Qarabağ-2” 250 manat cərimələnib.
Xatırladaq ki, Mmae intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu əsas heyətdən qovub.