• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Biz döyülmək yox, döyüşmək üçün varıq” – ikiqat çempionun yeni prezidenti iddialı danışdı

Aktual / Müsahibə

1-04-2026, 11:0

Ötən mövsüm 2-ci liqada pley-offdan son anda uzaqda qalan, bu mövsüm də ilk “6-lıq”da qərarlaşsa da, eyri-sabit çıxış edən bir komanda var. Söhbət Azərbaycan futbolunda bəlli tarixə malik olan klubdan, ikiqat ölkə çempionu “Şəmkir”dən gedir.

“Football-plus.az” qərb təmsilçisinin yeni rəhbəri Adil Əliyevlə söhbət edib.

- Noyabrda Müşahidə Şurasının rəhbəri vəzifəsinə gəldiz. Əsas söz sahibi prezident Vüsal Məmmədov idi. İndi prezident sizsiz?
- Bəli, klub prezidentiyəm.

- Klubun gələcəyi ilə bağlı hansısa planlarınız var?
- Əlbəttə. Amma açıqlamaq istəmirəm, düşər-düşməzi olar (gülür). İstəyirik ki, klubun uşaq futbolu olsun, aşağı yaş komandalarımızı yaratmaq istəyirik. “Şəmki” köklü klubdu, bu hamıya bəllidi.

- Sizdə də stadion, meydança problemi var.
- Bu problem hər yerdə var. Çalışırıq ki, həll edək. Stadion tikməyə gücümüz yoxdu. İcra başçısının qəbulunda olmuşuq, sağ olsun, hər cür dəstək verir, torpaq ayırmaq istəyir. Gələcəkdə bəlkə yaxşı sponsor çıxar, stadion tikərik. İndi Olimpiya Kompleksinin stadionunda oynayırıq.

- Sponsor cəlb etmək üçün danışıqlar gedir?
- Şəmkirdə futbola maraq var. Hər sponsor üçün qapımız açıqdı. Əsas odu ki, futbol inkişaf etsin. Mən əvvəl dövlət qulluğunda işləmişəm. Kluba da Şəmkir futbolunun inkişafı üçün gəlmişəm. Klub dağıla bilərdi. “Şəmkir” dağılmamalıdı. Şəmkir camaatı olaraq birləşdik. Gənc futbolçularımız var. Gündə üç dəfə yeməklə təyin edirik, hər şey qaydasındadı.

- Protokolda baş məşqçi kimi Samir İsmayılov göstərilib. Hazırda komandanı o çalışdırır?
- Bəli. “Turan Tovuz”dan gəlib, B kateqoriyası var.

- Rasim Əliyev niyə ayrıldı? Nəticələrdən razı qalmadız?
- Şəxsi işlərinə görə ayrıldı. Rasim müəllim güclü məşqçidi, A kateqoriyası var. İndiki məşqçilər korpusu da onun komandasıdı. Samir müəllim də onun köməkçisi idi. Rasim müəllimdən narazı olsaydıq, onun komandası ilə işləməzdik.

- Gələn mövsüm iddialı “Şəmkir” görə biləcəyik?
- Qismət. İndi “Kür-Araz”la səfərdə, “Şirvan”la evdə oynayacağıq. Vacib oyunlardı. Gələn mövsüm daha iddialı olmağa çalışacağıq. Ötən mövsüm pley-off oynaya bilərdik. “Şimal”la “Quba” arasındakı oyunda ədalətsizlik oldu. Amma biz bunu şişirtmədik. Həmişə iddialı olacağıq. Hər kəs bizdən çəkinəcək, rəqiblərə başağrı olacağıq.

- Deyirsiz ki, komandadan razıyam, maliyyə probleminin olduğunu da demədiz. Sponsor yoxdusa, maliyyə hardandı? AFFA-nın verdiyi pulla dolanırsız?
- Onunla dolanmaq olar? Rayon camaatı, Şəmkir əhli kömək edir. Xalq Şəmkir futbolu adına birləşib.

- Amma belə davam edə bilməz. Sponsor lazımdı. 2-ci liqa klublarına Futbolun İnkişaf Fondu bu məsələdə yardım edir. Bu qurumla əlaqəniz var?
- Tural Piriyevlə iki dəfə görüşmüşük, iclasımız olub. Amma görüşəndə mən rəsmən klubda prezident deyildim. Əlaqələr quracağıq. FİF-in Azərbaycan futboluna töhfəsindən xəbərdarıq. İnşallah, köməyindən maksimum istifadə etməyə çalışacağıq. Biz döyülmək yox, döyüşmək üçün varıq. Maliyyə yaxşıdısa, hədəf də böyükdü. Yaya qədər də FİF-lə görüşəcəyik. Onların gördüyü iş göz qabağındadı.

- Komandadaxili ab-hava sizi qane edir?
- İlk hədəf “altılıq”da qalmaqdı. Yəqin ki, bunu bacaracağıq. Bizim istəyimiz mümkün qədər baxımlı oyundu. Əsas budu. Döyüşkən komandamız olsun, azarkeşlər futbola baxanda zövq alsın. Bu gün futbolçularımızdan razıyıq. Hamısı tərbiyəli uşaqlardı. Nəticələri də yaxşıdı. “Göygöl”lə oyunda şanslardan yararlana bilmədik. 11-ci dəqiqədə lehimizə penalti verilməliydi, olmadı. “Şəki” ilə oyunda iki penaltimiz verilmədi. Hakim də səhv edə bilər, insandı. Hansımız səhv etmirik ki?! Amma adam dilxor olur da.

- Futbolçular bazada qalır?
- Bəli. Çoxu bazadadı. Gündə üç dəfə yeməklə təmin olurlar. Başqa yerə çıxmırlar ki, fikirləri futbolda olsun. İstəyimiz tam peşəkar klub olmaqdı.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

15-11-2025, 12:0

“Şəmkir” üçün yeni Saşa tapıldı! – Adil Əliyev gəldi, amma prezident də qalır

Ölkə futbolu / Manşet

23-10-2022, 19:0

Höccət Hacıyev AFFA-nın komandanı diviziona buraxacağına ümid edir

2-ci liqa / Manşet

5-03-2024, 22:0

"Şəfa" köklü, tarixi olan klubdu” – yeni baş məşqçi nəyi dəyişib?

Manşet / Müsahibə / Günün xəbəri

2-05-2022, 14:0

“Hər il “Turan Tovuz”a 10 min manat verməyə hazıram” - tovuzlu iş adamı

Dünya futbolu

7-11-2024, 20:0

Daha bir Belçika klubu türklərin əlinə keçə bilər

Ölkə futbolu / Manşet

15-05-2022, 16:0

“Qobustan” “Xan Lənkəran”a varislik vermək üçün hüquqi işlərə başlayıb - MÜSAHİBƏ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə