Messi ilə birgə oynaya bilər

30.03.2026 22:17 11
Dünya futbolu
Karlos Kazemiro mövsümün sonunda “Mançester Yunayted”i tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “İnter Mayami” braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb. Futbolçunun özünün də ABŞ klubunda oynamaq istədiyi bildirilib.

34 yaşlı Kazemiro MY-də 2022-ci ilin yayından oynayır. O, bu mövsüm bütün yarışlarda 30 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “İnter Mayami”də Lionel Messi və Luis Suares kimi məşhur futbolçular çıxış edirlər.