Klopp yenidən “Enfild”də

30.03.2026 16:31 9
Dünya futbolu
“Enfild” stadionunda xeyriyyə oyunu təşkil edilib.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un sabiq baş məşqçisi Yürgen Klopp uzun fasilədən sonra eyniadlı şəhərə qayıdaraq xeyriyyə məqsədi ilə təşkil olunan əfsanəvi futbolçuların matçında iştirak edib. 2023/24 mövsümünün sonunda klubdan ayrılan alman mütəxəssis tribunalar tərəfindən böyük alqışlarla qarşılanıb. Hazırda “Red Bull” şirkətinin qlobal futbol şöbəsinin rəhbəri kimi çalışan Klopp bu dəfə məşqçi heyətində yer alaraq Kenni Dalqlişin başçılıq etdiyi komandaya kömək edib.

“Liverpul”un əfsanələrinin heyətində Stiven Cerrard, Tyaqo Alkantara, Pepe Reyna və Piter Krauç kimi tanınmış sabiq futbolçular meydana çıxıblar. Oyun 2:2 hesabı ilə başa çaçatıb.

Final fitindən sonra Klopp ənənəsinə sadiq qalaraq tribunaya məşhur “yumruq jestlərini” edib və böyük alqış qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul