Region Liqasında 7 min tamaşaçı! – Lənkəran yenə ölkəni silkələdi

30.03.2026 10:30 411
Aktual / Ölkə futbolu
Region Liqasında 1/8 final mərhələsi arxada qalıb.

Bu mərhələnin ilk oyununda səfərdə “Bərdə”yə 0:1 uduzan “Lənkəran” cavab görüşündə həmin məğlubiyyətin əvəzini çıxıb – 2:0.

Maraqlıdı ki, stadionda 7 minə yaxın azarkeş olub - premyer-liqa oyunlarında belə nadir hallarda gördüyümüz izdiham yaşanıb. Deməli, cənubun əsas şəhərində futbol hələ də çox sevilir. Ölkə çempionatının üç əsas liqasında təmsilçisi olmasa belə...

Olacaqmı? Bu da maraqlı sualdı...

ORXAN