AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Region Liqasında çıxış edən "Lənkəran" klubunun futbolçusu Şahin Ağayevlə bağlı şikayətini təmin etməyib.
"Football-plus.az" xəbər verir ki, futbolçunun cəzası qüvvədə saxlanılıb.
“Lənkəran” Futbol Klubunun (Region Liqası) Salyan OİK – Lənkəran FK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair qəbul edilmiş qərar:
- “Lənkəran” Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
- 16 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Salyan OİK-Lənkəran FK oyunu bitdikdən sonra Lənkəran FK komandasının heyətində 10 nömrəli futbolçu Şahin Ağayevin hakimlər briqadasını təhqir etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmaması barədə İntizam Komitəsinin 20 noyabr 2025-ci il tarixli qərarı öz qüvvəsində saxlanılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.