Fransa Liqa 1-nin 29-cu turunun “Lans” - PSJ və “Brest” – “Strasbur” matçları təxirə salınıb.
"Football-plus.az" xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının qərarı PSJ və “Strasbur”un avrokubok oyunlarına yaxşı hazırlaşmaq üçün etdiyi müraciətdən sonra verilib. Paris klubu Çempionlar Liqasının 1/4 final mərhələsində aprelin 8-i və 14-də “Liverpul”la qarşılaşacaq. “Strasbur” isə Konfrans Liqasının 1/4 finalında aprelin 9-u və 16-da “Maynts-05”lə oynayacaq.
Fransa çempionatının təxirə salınan hər iki matçı mayın 13-də keçiriləcək.