2024-cü il dekabrın 3-də - “Sabah”la ölkə kubokunun 1/8 final oyunununda zədələnən Denis Marandiçi üçün nəninki 2024/25, artıq 2015/26 mövsümünü də bitmiş saymaq olar.
“Football-plus.az” xəbər verir ki, 29 yaşlı moldovalı müdafiəçi istirahətdən sonra bu gün məşqləri bərpa edən “Turan Tovuz”un düşərgəsindədi. Artıq iki aydı komanda şəklində məşqlə qatılır. Amma cari mövsüm üçün sifariş olunmaması, təbii ki, meydana çıxmasını mümkünsüz edir.
“Turan Tovuz” rəhbərliyini də anlamaq olar. Mövsümün əvvəlində oynamaq üçün hazır olmayan futbolçunun sifariş ərizəsinə salınmasına görə 200 min manat ödəmək lazım idi ki, klub rəhbərliyi də buna ehtiyac duymayıb.
Moldovalı futbolçunun klubla müqaviləsinin müddətinin mövsümün sonunda bitəcəyini xatırladaq.
MÜZƏFFƏR QULUZADƏ