Bəs 2-ci liqa klubları mövsüm başlamamış bank təminatı vermir? Futbolun İnkişaf Fondu (FİF) belə klublara necə kömək etməyi düşünür? Fondun icraçı direktoru Tural Piriyevin “Football-plus.az”a cavabı:
“Nə qədər ki klublar bir nəfərin maliyyəsindən aslıdı, dayanıqlı deyil, belə məsələlələr qaçılmazdı. Məlum məsələdən xəbərimiz var. Alternativ investorlarla da danışıqlar gedir. Sözün açığı, qolumuzu çirmayıb bu işlə məşğul deyilik. Məşğul olmamalıyıq da. Bu klublarda bank zəmanəti yoxdu. Belə görünür ki, artıq ehtiyac yaranacaq. Klublar növbə ilə eyni aqibətlə üzləşirlər”.
MÜZƏFFƏR QULUZADƏ





