Millimiz İspaniyaya da qalib gəldi - AÇ

23.08.2026 20:18 10
İdman
Qadınlardan ibarət voleybol millimiz Bakıda keçirilən Avropa çempionatında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, Faiq Qarayevin komandası bu gün C qrupunun 2-ci turunda İspaniya yığması ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçiriləcən oyun Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:0 (25:16, 25:22, 25:14).

Qrupun digər matçında isə Portuqaliya və Belçika yığmaları üz-üzə gəlib. Belçika yığması görüşdən 3:0 (25:16, 25:21, 25:11) hesablı qalibiyyətlə ayrılıb.

İlk turda Portuqaliyaya qalib gələn (3:1) millimiz 6 xalla qrup lideridi. C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.

Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.