Sərbəst güləşçimiz Hacı Kərimov U-20 dünya çempionatında gümüş medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda İran güləşçisi Sina Mehdi Xəlili ilə qarşılaşıb. Həlledici görüş 7:3 hesabı ilə iranlı idmançının xeyrinə başa çatıb.
Yığmamız Bratislavadakı dünya çempionatında hazırda bir qızıl, dörd gümüş və üç bürünc olmaqla yeddi medal qazanıb. Qızıl medalı Ayxan Cavadov, gümüş medalları Hacı Kərimov, Cavidan Nehmətov, Günay Qurbanova və Ruzanna Məmmədova, bürünc medalları isə Emin Cavadlı, Tural Əhmədov və Elmin Əliyev qazanıblar.
Hacı Kərimov "gümüş" qazandı
İdman






