“Qarabağ” martın 10-da rəsmi saytında Azərbaycan futbol ictimaiyyətinə şad xəbər verdi: “Kamilo Duran Kolumbiya millisinə dəvət alıb”.
Amma xəbər sonradan silindi. "Football-plus.az" xəbər verir ki, bu gün Cənubi Amerika yığmasının qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb, təəssüf ki, Duran siyahıda yoxdu.
Belə görünür ki, Kolumbiya futboluna rəhbərlik edənlər Duranın hissləri ilə oynayır. Ya da bu məsələdə bilmədiyimiz nələrsə var.
Kolumbiya yığmasına çağrılan hücumçuların siyahısı: Luis Suares (“Sportinq”, Portuqaliya), Luis Dias (“Bavariya”, Almaniya), Yohan Karbonero (“İnternasyonal”, Braziliya), Karlos Qomes (“Vasko da Qama”, Braziliya), Con Cordoba (“Krasnodar”, Rusuya), Rafael Borre (“İnternasyonal”, Braziliya).
MÜZƏFFƏR QULUZADƏ