“Mançester Yunayted” maliyyə ilinin ilk altı ayının yekunlarına dair hesabatını açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, klub bu dövrdə 32,6 milyon funt sterlinq (74,49 milyon manat – red.) əməliyyat mənfəəti əldə etdiyini bildirib. Bu göstərici klubun maliyyə vəziyyətinin önəmli dərəcədə yaxşılaşdığını göstərir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə Mançester təmsilçisi 3,9 milyon funt sterlinq (8,91 milyon manat – red.) əməliyyat zərəri ilə üzləşmişdi. Beləliklə, klub bir il ərzində itkiləri tam bağlayaraq gəlirlərini ciddi şəkildə artıra bilib.