Siyasət Əsgərovun mətbuat konfransı keçiriləcək

1.03.2026 13:55 14
Ölkə futbolu
Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyunu öncəsi mətbuat konfransı təşkil olunacaq.

"Football-plus.az" xəbər verir ki, yığma komandamıza rəhbərlik edən Siyasət Əsgərov sabah saat 15.00-da mətbuat önünə çıxacaq.