• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şamaxı”dan PFL-ə “cavab atəşi” - “O traktor gəlsəydi, PFL-in, AFFA-nın yardımına ehtiyac qalmayacaqdı”

Ölkə futbolu / Manşet

25-02-2026, 10:0

21-ci turun Qubada keçirilən “İmişli” - “Şamaxı” oyununun ətrafında baş verən bir hadisə nəticədən qat-qat çox danışıldı, danışılır.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında belə fikir səsləndirib: “Sevindirici hal oldu ki, bir problemi həll etdik. Sən demə, qapılar 11 sm hündür imiş”.

Məsələnin üstünə düşmək üçün ötən gün PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Sənan bəyin bu məsələ ilə bağlı bir fikrini Ayxan Abbasova, “Şamaxı”ya minnət kimi başa düşdük:

“Fevralın 5-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Şamaxıda baş tutmalı olan matç öncəsi güclü qar yağışı başlamışdı. Qarın təmizlənməsi yalnız klubun ümidinə qalsaydı, oyun baş tutmayacaqdı. Ancaq bu barədə klubdan məlumat veriləndən sonra AFFA və PFL-in birlikdə səyləri ilə ora sırf bu işlər üçün nəzərdə tutulmuş qartəmizləyən maşın göndərildi, oyunun vaxtında 20 dəqiqəlik gecikmə imkanı yaradıldı və s. Nəticədə oyun keçirildi. İndi Qubada belə bir halın yaşanması, təbii ki, çatışmazlıqdı və çatışmazlığın aradan qaldırıması da normal haldı. Amma bunun mətbuat konfransında səsləndirilməsini etik saymırıq”.

Xatırladaq ki, intensiv qar fevralın 5-də kubok oyununda yox, çempionatın 19-cu turunun fevralın 10-da keçirilən oyununda olub. Bəs “Şamaxı” PFL-dən gələn açıqlamaya necə yanaşır? Həqiqətən də PFL, AFFA olmasaydı, “Şamaxı” oyunu keçirə bilməyəcəkdi? Klubun idman direktoru Kamran İsmayılovun “Football-plus.az”a açıqlaması:

“PFL-in cavabını nə qıcıq, nə də minnət adlandırardım. Onlar öz mövqeyini bildirib. Biz PFL-in mövqeyinə hörmətlə yanaşırıq. Qarlı havaya qaldıqda, əvvəlki mövsümdə də belə vəziyyət yaranıb. Məsələn, ötən mövsüm meydançanı özümüz təmizləyirdik, hazır vəziyyətə gətirilirdi. Bu mövsüm də “Qarabağ”la oyundan əvvəlki turlarda matçdan öncə qar yağmışdı, biz hazır vəziyyətə gətirmişdik. Bu oyunda da hazır idik ki, meydanı təmizləyək. Amma burda başqa məsələ ortaya çıxdı. Biz bəzən meydanı texnika ilə təmizləyirik, bəzən texnikasız. Nə qədər çox texnika meydanda olsa, qazona bir o qədər zərər verə bilər. Bunu nəzərə alaraq, texnikasız - işçi qüvvəsi ilə, bellə təmizləməyə üstünlük veririk. Qar dayananda belə təmizləyirik. Son oyunda isə qar intensiv yağırdı. Səhər saat 5-dən etibarən yağmağa başlamışdı. Oyun gedəndə də qar davam edirdi. Belə şəraitdə qarı əllə təmizləmək mümkün deyil. Texnika daha tez təmizləyir. Qarın həcmi böyüdükdə çatdırmaq olmaz, mümkün deyil ki, bellə təmizlənsin. Klubun yox, rayon rəhbərliyinin qar təmizləmək üçün kiçik traktoru var. Şamaxıda qar yağanda küçələri, parkları təmizləyir. Sağ olsunlar, lazım olanda bizə təqdim edirlər. Bu dəfə də hazır idik ki, o traktoru cəlb edək. O traktor gəlsəydi, PFL-in, AFFA-nın yardımına ehtiyac qalmayacaqdı. Necə ki, əvvəlki qar olan oyunlarda da belə olmuşdu. Traktor stadion traktoru deyil. Texniki cəhətdən meydançaya uyğun deyil. PFL-dən dedilər ki, istəmirik meydançaya belə traktor girsin, çox ziyan vurur. Düzdü, stadion AFFA-nındı, amma biz də burda oynayırıq, bərbad vəziyyətə gətirilməsini istəmərik, qoruyuruq. Dedik ki, yaxşı. Əllə təmizləmək mümkün deyil, qar intensiv yağır, biz gətirəcəyimiz traktora razı deyilsiz. Siz dediyiniz də Bakıdadı. O traktor mən bildiyim qədəri ilə cəmi bir ədəddi. Ola bilər ki, yanılım, məncə, bir ədəddi. Amma faktdı ki, Şamaxıda yoxdu. Adamın Allahı var, PFL və AFFA o traktoru Şamaxıya gətizdirdilər. Traktor da meydanı təmizlədi. AFFA və PFL bizə yardım etdilər, xeyli köməkləri dəydi. Amma o traktor Bakıdan gəlməsəydi, bizim əlimizdə olan texnika üçün icazə verilsəydi, həmişəki kimi təmizləyib, çatdıracaqdıq. Əlimizi yanımıza qoymamışdıq ki, gəlin kömək edin. Bundan əvvəl necə təmizləmişik, bu oyunda da elə edəcəkdik. Əvvəl təmizləyəndə PFL və AFFA-nın köməyi olmayıb. Düzdü, məsləhətləşirik, deyirlər ki, nə kömək lazım olsa, əsirgəmərik”.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

24-02-2026, 12:0

Qubada keçirilən 10 oyunun nəticəsinə yenidən baxılmalıdı? - "Spartak" - "Syon" oyunu kimi!

Ölkə futbolu / Manşet

22-02-2026, 16:0

"Sən demə, qapılar 11 sm hündür imiş" - Ayxan Abbasov Qubadakı stadionun sirrini açdı

Ölkə futbolu / Manşet

30-11-2025, 21:0

"Saşa İliç başlatdı" - "Şamaxı"nın məşqçisi

Ölkə futbolu / Aktual

12-09-2025, 12:0

“Ayxan müəllimlə danışmışam, o da bilmir” – “Şamaxı” çaş-baş qalıb

Aktual / Ölkə futbolu

23-10-2025, 16:0

Ayxan Abbasov da yığmada, üç köməkçisi də - bəs "Şamaxı"nı məşqə kim çıxarırdı?

Aktual / Ölkə futbolu

12-04-2025, 10:0

“Noyabrda da məğlubiyyət seriyamız oldu, o vaxt Ayxan Abbasov U-21-də çalışmırdı” – idman direktoru

Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 127
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 125
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə