Millimiz Rusiyaya qarşı

19.02.2026 10:52 16
Ölkə futbolu
18 yaşadək futbolçulardan ibarət millimiz Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxacaq.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:50-də başlanacaq.

Millimiz fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.