Bu gün saat 21.45-də başlayacaq “Qarabağ” - “Nyukasl” oyununu izləyənlər arasında əcnəbi skautlar da olacaq.
“Football-plus.az” bunun səbəbini öyrənib. Bəlli olub ki, onlar Elvin Cəfərquliyevlə Kamilo Durana “elçi düşüb”. Hansı klublardan ötrü gəldikləri bəlli deyil.
Amma bir məqam var: qış “transfer pəncərəsi” bağlanıb, avropalılar indidən yay üçün futbolçu axtarır? Ümumiyyətlə, skautların məhz Elvin və Durandan ötrü gəldiklərindən xəbəriniz var?
Bu sualları menecer Tural Əsgərova ünvanladıq: