Mövsümü erkən başa vurdu

1.03.2026 11:13
Dünya futbolu
Uilson Odoberin səhhəti ilə bağlı yeni məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in yarımmüdafiəçisi uzun müddət oynaya bilməyəcək.

Müayinə nəticəsində fransız futbolçunun dizinin xaçvari bağlarının qırıldığı məlum olub. Buna görə Uilsonun azı 6 ay oynaya blməyəcəyi açıqlanıb.

O, London klubuna 2024-cü ilin yayında qoşulub. Odober bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 2 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.