Millimizin üzvləri məktəblilərlə görüşdü

11.02.2026 21:30 9
Ölkə futbolu
Bu gün Kərim Kərimov adına 8 saylı tam orta məktəbin dəvəti əsasında qızların futbola marağının artırılmasına yönəlmiş tədbir çərçivəsində görüş keçirilib.

"Football-plus.az" xəbər verir ki, Səbail rayonu üzrə Məktəbli Qızlar Turnirində iştirak edən komanda ilə baş tutan görüşdə məktəbin direktoru Aytən Baxşıyeva, AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva və departamentin əməkdaşları, qadınlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov, eləcə də millinin futbolçuları iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd qızlar arasında futbolun inkişafının təşviqi, idmana marağın artırılması və sağlam həyat tərzinin təbliği olub. Görüş zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gənc idmançılara motivasiyaedici tövsiyələr verilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul