İsmayıllıda "Qızlar Futzal Kuboku" keçiriləcək

16.03.2023 10:52 227
İdman
AFFA-nın təşkilatçılığı ilə 17-18 mart tarixlərində İsmayıllıda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, turnirin ilk günü 12 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq.

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışı ümumilikdə 5 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə qızlar futzal liqasının yaradılmasıdır.