Bu mövsüm ''Fənərbaxça''da sərgilədiyi performansla fanatların böyük rəğbətini qazanan Marko Asensio ilə bağlı maraqlı xəbər var.
"Football-plus.az" xəbər verir ki, sən demə İstanbul nəhəngi ispaniyalı ulduzun forma nömrəsini dəyişmək üçün Türkiyə Futbol Federasiyasına müraciət edibmiş.
Asensio hazırda ''21'' nömrəli formanı geyir. Con Duranın ''Zenit''ə yollanmasının ardından ''10'' nömrəli forma boşalıb. Rəhbərlik məhz həmin formanı Asensioya vermək istəyirmiş. Ancaq Türkiyədə bir mövsümün gedişində bir futbolçunun eyni klubda iki fərqli nömrə ilə oynamasına icazə yoxdu. TFF də məhz bu qaydanı əsas gətirərək ''sarı-lacivərdlilər''in tələbini geri çevirib.
Bununla belə ''Fənər'' yayda mütləq bu dəyişikliyi həyata keçirməyi planlaşdırır. Klubun futbol şöbəsinin sədri Ərtan Torunoğulları ''inşallah bu dəyişikliyi yeni mövsümdə həyata keçirəcəyik'' açıqlamasını verib.
Qeyd edək ki, 30 yaşlı futbolçu Türkiyə çempionatında artıq aktivinə 9 qol, 7 məhsuldar ötürmə yazaraq 16 qolun vurulmasında yaxından iştirak edib və bu göstəricidə karyerasının ən yaxşı mövsümünü keçirir.