Misli premyer-liqasının 19-cu turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.
"Football-plus.az" xəbər verir ki, mövsümdə ilk dəfə sülhə imza atan (0:0) Gəncə təmsilçisi ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı. Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb. 281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudu.
Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012-13-cü illərə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə sülhsüz oynayıb. Çempionatın mütləq rekordu 1996-98-ci illərdə 51 oyunu heç-heçəsiz bitən “Şəfa”ya məxsusdu.