Misli premyer-liqasının 17-ci turunda “Qəbələ” “Şamaxı”nı darmadağın etdi - 4:0.
"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların məşqçisi George
Çixradze jurnalistlərin suallarını cavablayıb.
⁃ Futbolçuları təbrik edirəm. Yaxşı hazırlaşmışdıq. Güclü komanda ilə qarşılaşdıq. Rəqib 2 taktiki sxemlə oynayır. İkisini də nəzərdə saxlamışdıq. Təlim-məşq toplanışında bu oyun üzərində
hazırlaşmışdıq. Akinadze də, Keyta da komandaya yaxşı qoşulub.
⁃ Keytanı hansı mövqedə oynatmağı düşünürsüz?
⁃ Düzünü deyim, məcburiyyətdən elə oynadı. Dayaq
yarımmüdafiəsinə transfer gözləyirik. Xeyme cəzalıdı.
⁃ Turan Manafovun “Qəbələ”yə keçidi danışılır. Bu, baş tuta bilər?
⁃ Bəli. Təcrübəli futbolçudu. Danışıqlar gedir.
⁃ Özünüzü texniki zonada tək necə hiss etdiz?
⁃ Futbolun bir hissəsidi. Məşqçilər də cəzalanır. Mən də əvvəllər Azərbaycanda işləmişəm.
⁃ “Qəbələ” yayda edə bilmədiyi transferləri qışda etdi deyə bilərik?
⁃ 1-ci liqadan gələndə başqa heyətimiz var idi. Məqsədimiz 1-ci liqadakı heyəti qorumaq idi. Amma güclənmək lazım idi.
MÜZƏFFƏR QULUZADƏ