Ölkə çempionatının 19-cu turunun “Şamaxı” - “Qarabağ” oyunu ətrafında təxirəsalma həyəcanı davam edir.
Səbəb bəllidi: Şamaxıya indi də qar yağır. Həyəcan nə ilə bağlıdı? “Qarabağ” sıx qrafik üzrə oynayır, faktiki hansısa oyunun təxirə salınması ilə bağlı manevr etmək imkanı yoxdu. Bir neçə dəqiqə əvvəl “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynin mövqeyini çatdırmışdıq.
“Football-plus.az” oyuna AFFA nümayəndəsi kimi təyinat alan, hazırda stadionda olan Yavər Rəhimovla da danışıb: