“Turan Tovuz”a azı 500 nəfər azarkeşlik edəcək!

1.02.2026 18:00 93
Ölkə futbolu / Manşet
Bu gün turun mərkəzi qarşılaşmalarından biri - “Qarabağ” - “Turan Tovuz” matçı var.

Ötən mövsüm 1000 nəfərdən artıq tamaşaçı ilə Tofiq Bəhramov adına Respublika stadionunda diqqətləri üzərinə çəkən tovuzlular bu dəfə də o ajiotajı yarada biləcəkmi?

“The Hunans”ın rəhbəri Nicat Cəfərzadə “Football-plus.az”a açıqlamasında dedi ki, öz fanklublarından təxminən 100 nəfər gələcək. “Ultras Turan” və digər azarkeşlərlə birgə stadionda təxminən 500 tovuzlu olacaq.

Qeyd edək ki, matç 18.30-da start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ