“Qarabağ” turnir cədvəlində yalnız ingilislərdən geridədi – 4 rəqibi isə indi ÇL-də deyil!

31.01.2026 13:46 57
Avrokuboklar / Manşet
“Futbol+” “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsində hələ 6 xalı olanda yazırdı ki, daha 3-4 xal toplanacağı təqdirdə ilk “24-lük” ovcumuzun içində olacaq. Proqnoz özünü doğrultdu. 10 xal əldə edən “köhlən atlar” pley-offda mübarizə aparacaq. Elə 9 xalı olan “Benfika”yla “Bude/Qlimt” də bu siyahıdadı.

Bilindiyi kimi, ağdamlılar liqa mərhələsinin 22-ci pillədə başa vurdu. Maraqlıdı, bəs, komandanın yalnız rəqiblərini əhatə edən turnir cədvəli tərtib etsək, “Qarabağ” neçənci pillədə olar?

1. Liverpul 8 6 0 2 20-8 18
2. Çelsi 8 5 1 2 17-10 16
3. Qarabağ 8 3 1 4 13-21 10
4. Benfika 8 3 0 5 10-12 9
5. Atletik 8 2 2 4 9-14 8
6. Napoli 8 2 2 4 9-15 8
7. Kopenhagen 8 2 2 4 12-21 8
8. Ayaks 8 2 0 6 8-21 6

Göründüyü kimi, “Qarabağ” bu yöndə bütün proqnozları alt-üst etməyi bacarıb. Azərbaycan çempionu yalnız “Liverpul”la “Çelsi”dən geridə qalıb ki, London təmsilçisindən xal ala bilib. Yuxarıdakı siyahıda yer alan 8 komandadan ilk 4-ünün ilk “24-lük”də qərarlaşmağa gücü çatıb.

Xatırladaq ki, Qurban Qurbanovun komandası pley-offda da İngiltərə klubu – “Nyukasl” ilə qarşılaşacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul