“Ayaks”, “Monako”, PSV, “Qalatasaray”... – nüfuzlu nəşr “Qarabağ”ı kimlərdən önə keçirdi?

21.09.2025 14:53 98
Ölkə futbolu / Manşet
“Qarabağ”ın Çempionlar Liqasının ilk turundakı möhtəşəm çıxışı, “Benfika”nı səfərdə məğlub etməsi bu turnirlə bağlı proqnozlar səsləndirən media vasitələrini də çətinə salıb.

Nüfuzlu “Goal” nəşri komandaların 2025/26 mövsümündə Çempionlar Liqasını qazanmaq şansı ilə bağlı variantını səsləndirib. İlk üç pillədə “Barselona”, PSJ və “Liverpul” qərarlaşıb.

“Goal” “Qarabağ”ı bu siyahıda 25-ci komanda kimi görür. Azərbaycan çempionundan şansı daha aşağı dəyərləndirilənlər isə bunlardı: “Kopenhagen”, “Bude/Qlimt”, “Pafos”, “Ayaks”, “Monako”, PSV, “Qalatasaray”, “Benfika”, “Olimpiakos”, “Slaviya”, “Kayrat”.

...Belə proqnoz görəndə sevinməyəsən, neynəyəsən?!

ORXAN