9 komanda üçün mübarizə bitdi, “Qarabağ”ın şansı artdı! - ÇL-in son turu ərəfəsində

22.01.2026 02:17 262
Aktual / Çempionlar Liqası
Yanvarın 21-də Çempionlar Liqasında liqa mərhələsinin 7-ci turunun daha 9 oyunu keçirilib.

Nəticələrlə tanış olun:

Qarabağ – Ayntraxt F (Almaniya) 3:2
Duran, 4; 80. Mustafazadə, 90+4 – Can Uzun, 10. Şaibi, 78-p.
Qalatasaray (Türkiyə) – Atletiko (İspaniya) 1:1
Lyorente, 20-öz qapısına – Simeone, 4.
Marsel (Fransa) – Liverpul (İngiltərə) 0:3
Soboslai, 45+1. Rulyi, 72-öz qapısına. Qakpo, 90+3.
Slaviya (Çexiya) – Barselona (İspaniya) 2:4
Kusey, 10. Levandovski, 44-öz qapısına – F.Lopes, 34; 42. Olmo, 63. Levandovski, 71.
Yuventus (İtaliya) – Benfika (Portuqaliya) 2:0
K.Türam, 55. Makkenni, 64.
Bavariya (Almaniya) – Yunion (Belçika) 2:0
Keyn, 52; 55-p.
Nyukasl (İngiltərə) – PSV (Niderland) 3:0
Vissa, 8. Qordon, 30. Barns, 65.
Atalanta (İtaliya) – Atletik (İspaniya) 2:3
Skamakka, 16. Krstoviç, 88 – Quruseta, 58. Serrano, 70. Navarro, 74.
Çelsi (İngiltərə) – Pafos (C.Kipr) 1:0
Kaysedo, 78.

Beləliklə, son tur ərəfəsində “Qarabağ” 10 xalla “Qalatasaray”la 17-18-ci yerləri bölüşür. 9 komanda – “Bude/Qlimt”, “Benfika”, “Pafos”, “Yunion”, “Ayaks”, “Ayntraxt”, “Slaviya”, “Vilyarreal” və “Kayrat” üçün ÇL-də mübarizə bitib.

Son turda “Qarabağ”ı arxada qoymaq imkanı olan komandaların siyahısı: “Marsel”, “Bayer-04”, “Monako”, PSV, “Atletik”, “Olimpiakos”, “Napoli”, “Kopenhagen”, “Brügge”. İndi isə bu komandaların son turdakı təqvimi ilə tanış olun: “Brügge” – “Marsel”, “Bayer-04” – “Vilyarreal”, “Monako” – “Yuventus”, PSV – “Bavariya”, “Atletik” – “Sportinq”, “Ayaks” – “Olimpiakos”, “Napoli” – “Çelsi”, “Barselona” – “Kopenhagen”.

Göründüyü kimi, “Qarabağ”ı dayandırmağa iddialılardan ikisi – “Brügge” ilə “Marsel” bir-biri ilə oynayacaq. Üstəlik “Kopenhagen”i “Barselona”, “Monako”nu “Yuventus”, PSV-ni “Bavariya” ilə oyun gözləyir. Bu qədər oyunun hamısının bizi qane etməyən hesabla bitməsi ağlasığmazdı. Artıq əminliklə “Qarabağ”ı pley-offa vəsiqə münasibəti ilə təbrik etmək olar. Yox, “tələsməyək” deyirsizsə, mən razı, yanvarın 28-ni gözləyək!

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul