"Qarabağ"ın rəqibi müəyyənləşdi - PSJ yox, "sağsağanlar" gəlir!

30.01.2026 15:26 36
Avrokuboklar / Aktual
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı rəqib bəlli olub.

"Football-plus.az" xəbər verir ki, buna bu gün Nyon şəhərində keçirilən püşkatma mərasimində aydınlıq gəlib.

Belə ki, Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ı ilə üz-üzə gələcək.

Xatırladaq ki, Qurban Qurbanovun komandası ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri fevralın 17-18-i və 24-25-də keçiriləcək. "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.