Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə millimizin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, "Neftçi"nin üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan - Danimarka oyunları yanvarın 22-də və 24-də Bakı İdman Sarayaında keçiriləcək.