Balotelli İtaliyadan kənara yollandı

15.01.2026 22:42 12
Dünya futbolu
Nəhayət, Mario Balotellinin yeni klubu müəyyənləşib. Təcrübəli futbolçu karyerasını vətənindən kənarda davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, İtaliya yığmasının sabiq oyunçusu bundan sonra “Əl-İttifaq”da oynayacaq.

“Diario AS” nəşrinin məlumatına görə, 35 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirlikləri klubu ilə müqavilə imzalayıb. 2-ci liqa klubu ilə anlaşmanın müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Balotellinin “Əl-İttifaq”ın oyunçusu kimi rəsmi təqdimat mərasiminin yanvarın 10-da keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Marionun sonuncu klubu ötən mövsüm formasını daşıdığı “Cenoa” olub. O, karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan” və “Liverpul” kimi Avropa nəhənglərinin şərəfini qoruyub.