“Araz-Naxçıvan” və "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gəlib.
"Football-plus.az" xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilib. Oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.
Xatırladaq ki, “Araz-Naxçıvan” ilk sınaq matçında əvəzedici komandasına qalib gəlib – 7:0. “Qəbələ” isə “Kəpəz”i üstələyəib – 3:1.