"Karvan-Yevlax" Raufu icarəyə götürdü - RƏSMİ

13.01.2026 18:01 15
Ölkə futbolu
"Karvan-Yevlax" “Sabah”ın yarımmüdafiəçisi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin yetirməsi olan Rauf “Sabah”, “Şamaxı” və “Sumqayıt”da da forma geyib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.