“Çox güclü komandaya məğlub olduq” – “Neftçi” “Qarabağ”dan yazdı

13.01.2026 15:35 32
Ölkə futbolu / Aktual
“Qarabağ” qış təlim-məşq toplanışını Antalyada davam etdirir. Dünən builki ilk yoxlama oyununu keçirən “köhlən atlar” Özbəkistan “Neftçi”sini darmadağın etdi – 5:0.

“Football-plus.az” xəbər verir ki, Fərqanə təmsilçisi oyun haqda rəsmi saytında məlumat yayıb. Klubun mətbuat xidməti ağdamlıları çox güclü komanda adlandırıb. Bildirilib ki, komandanın baş məşqçisi İslombek İsmayılov da rəqibin çalışdırıcısı Qurban Qurbanov kimi fasilədə start heyətini tam dəyişib. Hər halda, böyükhesablı məğlubiyyətdən qurtulmaq mümkün olmayıb.

Sayt “Qarabağ”ın avrokuboklarda qazandığı uğurlardan bəhs edib. “Köhlən atlar”ın cari mövsümdə Çempionlar Liqasında əldə etdiyi xallar xüsusi qabardılıb. Həmçinin “Neftçi”nin saytında ağdamlıların tarixi və indiki durumu haqda geniş məlumat verilib.

Amma fərqanəlilərin məğlubiyyətini azarkeşləri qınayıb. Onlar belə hesab edir ki, komanda yüksək şərait qarşılığında daha yaxşı nəticə göstərməyə borcludu.

Xatırladaq ki, “Qarabağ” növbəti yoxlama oyununda “Zaqlebiye” ilə üz-üzə gələcək. Polşalılarla matç yanvarın 16-da keçiriləcək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul