"Difai"i heyətini əcnəbi hücumçu ilə gücləndirdi

12.01.2026 19:00
Ölkə futbolu
"Difai" heyətini əcnəbi hücumçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, klub 22 yaşlı hücumçu Ondo Uorren-Llyod ilə müqavilə imzalayıb. Qabonlu forvard indiyədək “Zaqatala” ilə yanaşı, Moldovanın “Dinamo-Avto” və Fransanın “İstr” komandalarının da formasını geyib.

Xatırladaq ki, “Difai” hazırda turnir cədvəlində 9 xalla 9-cu pillədə qərarlaşıb.