Çempionatda maraqlı final: qardaşlar üz-üzə

8.01.2026 17:26
İdman
Güləş üzrə ölkə çempionatında maraqlı final qarşılaşması olacaq.

"Football-plus.az" xəbər verir ki, “Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları yunan-Roma güləşi üzrə yarışda 97 kiloqram çəkidə finala vəsiqə qazanıb.

Onlar bu gün keçiriləcək final qarşılaşmasında üz-üzə gələcəklər.