Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ildə idmançılardan 1100 dopinq testi götürüb.
"Football-plus.az" xəbər verir ki, Test Bölüşdürmə Planı 29 idman növünü və 53 alt növü əhatə edib.
Milli və beynəlxalq yarışlar olmaqla, ümumilikdə 45 turnirdə nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 81,7 faizi Bakı və Sumqayıtda, 18,3 faizi isə bölgələrdə götürülüb. Ötən illə müqayisədə bölgələrdə test nümunələrinin götürülməsində artım nümayiş olunub. Ötən il ərzində AMADA tərəfindən yeni 19 antidopinq qayda pozuntusu aşkar edilərək iş başladılıb. Hesabat dövründə həm 2025-də qeydə alınmış, həm də əvvəlki illərdə açılmış işlərin 22-si yekunlaşdırılıb. Bu işlərdən 17-si idmançıların sanksiya alması ilə nəticələnib. Belə ki, idmanın boks növündə 5, güləş, kikboksinq və qol güləşində 2, digər idman növlərində (futbol, basketbol, karate, atıcılıq, atletika və pauerliftinq) isə 1 antidopinq qayda pozuntusuna rast gəlinib.