Doqquz ayda 649 dopinq-test

17.11.2025 21:46 15
İdman
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin yanvar-sentyabr aylarında idmançılardan 649 dopinq testi götürüb.

AMADA-nın icraçı direktoru Təhminə Tağızadə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransda bununla bağlı məlumat verib.

Testlərin 282-si yarış zamanı, 367-si isə yarışdan kənar aparılıb. 68 idmançı Qeydiyyata alınmış Test Qrupunun (QTQ) nəzarətindədi. Həmçinin 30 antidopinq məntəqəsi auditdən keçirilib, yeni DNT/QTİ seçimi və təlimləri təşkil olunub.