Klubunu dəyişdi, amma Londonda qaldı

5.01.2026 15:12 3
Dünya futbolu
Brennan Conson klubunu dəyişib. Amma o, Londonu tərk etməyib.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in oyunçusunu “Kristal Pelas” transfer edib. 24 yaşlı vingerin keçidi yeni klubunun tarixinə rekord transfer kimi düşüb. “Kristal Pelas”ın rəsmi saytı keçidin detallarını açıqlamasa da, Böyük Britaniya mətbuatı Consonun transferinin 40 milyon avroya başa gəldiyini yazıb. Sözləşmənin müddəti 4,5 illikdi.

Uels yığmasının üzvü yeni klubunda “11” nömrəli formada çıxış edəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul