• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bir neçə klub maliyyə ilə bağlı çətinliklər yaşadı, hətta bəzi klublar dağılmaq təhlükəsi ilə üz-üzə qaldı” - Piriyev 2026 ilə bağlı hədəfləri açıqladı

Ölkə futbolu / Manşet

3-01-2026, 14:0

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev "Football-plus.az"ın "2025-ci ildə nələri bacardız, nələri bacarmadız? 2026-cı illə bağlı hansı planlarınız var?" sualını cavablayıb.

Sizi onun fikirləriylə tanış edirik:

"Əvvəl fürsətdən istifadə edib, 2026-cı ilin bütün futbol ictimaiyyəti üçün xeyirli olmasını arzulayıram. 2025-ci ildə FİF əməkdaşları qarşısında qısamüddətli və uzunmüddətli nəticələr üçün bir çox hədəflər qoyulmuşdu. Nəticə olaraq baxsaq, ötən il ərzində iki klubla baş sponsorluq müqaviləsi imzalanması, bir bölgədə “biznes-klub” layihəsinə start verilməsi, bir neçə əlavə tərəfdaşlıqlar imzalanması, UEFA-nın Uşaq Fondu tərəfindən xüsusi mükafat və bir layihəmizə qrant ayrılmasını vurğulamaq olar. Bununla yanaşı, uzunmüddətli nəticələri hədəfləyən işlərin önəmi yuxarıdakılardan heç də az deyil. Bunlar əsasən klubların dayanıqlı inkişafının təmin edilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması, idman idarəetməsi üzrə təhsil layihəsinin yekunlaşdırılması ilə bağlıdı. Xüsusi vurğulamaq lazımdı ki, 1-ci və 2-ci liqalarda mübarizə aparan klubların çoxunun, premyer-liqa klublarının bir qisminin büdcəsi əsasən dövlət proqramı sayəsində formalaşır. Dayanıqlı maliyyə kanalları formalaşdırılması, klubların “öz ayağı üzərində dura bilməsinin” təmin edilməsi önəmlidi. Ötən il bir neçə klub maliyyə ilə bağlı çətinliklər yaşadı, hətta bəzi klublar dağılmaq təhlükəsi ilə üz-üzə qaldı. Təbii ki, FİF olaraq, onlara öz dəstəyimizi göstərdik. Ancaq belə halların yaşanmaması üçün dayanıqlı maliyyə kanallarının formalaşdırılması vacibdi. 2026-cı illə bağlı planlara gəlincə, AFFA-nın İnkişaf Strategiyası çərçivəsində FİF-in üzərinə düşən bir çox hədəf var. Bölgələrin xüsusiyyəti, klubların prirotetləri, struktur və bacarıqlarını nəzərə alaraq, fərqli klublar üçün fərqli layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Uzun müddətdi danışıqlar apardığımız şirkətlər və sahibkarlar var. Yeni tərəfdaşlıqların olacağını istisna etmirəm. Düzdü, yeni sponsor və tərəfdaşlıqların imzalanması daha çox yadda qalır, amma yuxarıda da vurğuladığım kimi, bizim üçün klubların “öz ayağı üzərində dura bilməsinə” nail olmaq daha önəmlidi".

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-03-2025, 11:0

Premyer-liqa, 1-ci və 2-ci liqadakı bölgə təmsilçiləriylə bağlı plan... – Tural Piriyev açıqladı

Aktual / Ölkə futbolu

14-02-2025, 17:0

“Şəkidə danışıqlar yekunlaşmaq üzrədi” – FİF bölgə klublarıyla layihəyə başlayır

Ölkə futbolu

27-09-2024, 22:0

Tural Piriyev Uels Futbol Fondunun rəsmisi ilə görüşdü

Ölkə futbolu / Manşet

20-01-2024, 11:0

Tural Piriyev: "Bu klub üçün tədbir keçirdik, 10 iş adamı..."

Ölkə futbolu / Manşet

8-05-2024, 20:0

FİF 10-a yaxın klubla əməkdaşlıq edir

Ölkə futbolu

10-06-2025, 22:0

FİF UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırıldı

Aktual
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
Son xəbərlər
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə