"Football-plus.az" xəbər verir ki, “La Gazzetta dello Sport” onun sözlərinə yer verib:
“Formula-1”də insanlar ağlayırmı? Mən ağlayıram. Çətin dövrlərdə tez-tez ağlayırdım. Xüsusilə psixoloji cəhətdən çox çətin idi, çünki özümə şübhə etməyə başlamışdım. “Formula-1” həyatımın arzusudu, onun naminə çox çalışmışam, amma mövsümə əla başlayandan sonra hər şeyin plana uyğun getmədiyini hiss etməyə başladım. Eyni zamanda, məndə daha yetkin pilotlarda olan sakitlik və düşüncə aydınlığı çatışmırdı”.
Antonelli “Formula-1” üzrə dünya çempionatında bu il debüt edib və 7-ci yeri tutub.






