“Qarabağ” - “Ayaks” matçının ən yaxşı oyunçusu

11.12.2025 00:22 19
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunun “Qarabağ” - “Ayaks” oyununun (2:4) ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, UEFA texniki qrupunun qiymətləndirməsinə əsasən, bu ada “Ayaks”ın israilli yarımmüdafiəçisi Oskar Qlux layiq görülüb.

21 yaşlı futbolçu bu matçda komandasının 2 qolunun (79, 90) müəllifi olub.