“Barselona”da bir daha oynaya bilməyəcək

11.12.2025 10:58 7
Dünya futbolu
Ronald Arauxo ilə bağlı vəziyyət daha da ciddiləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniyanın COPE nəşrinin məlumatına görə, “Barselona”nın oyunçusu bir müddətdi psixoloji problemlərlə mübarizə aparır. Daha əvvəl oyunçunun vəziyyətinin yaxşılaşmayacağı halda klubun yeni müdafiəçi transfer etmək istədiyi də bildirilmişdi.

COPE-nin xəbərinə görə isə uruqvaylı futbolçu artıq “Barselona”nın formasında meydana çıxa bilməyəcək. Arauxo ilə bağlı problemin görünəndən daha ciddi olduğu da vurğulanıb.

Çempionlar Liqasında “Çelsi” ilə oyunda 44-cü dəqiqədə qırmızı vərəqə alması və komandanın 0:3 hesabı ilə uduzması futbolçunun emosional vəziyyətinin daha da pisləşməsinə səbəb olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul