“Barselona”da ciddi itki

1.12.2025 21:55 13
Dünya futbolu
Ronald Arauxo bir müddət oynaya bilməyəcək. “Barselona”nın futbolçusunun mədəsində infeksiya aşkarlanıb.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı müdafiəçi bir müddət müalicə alacaq. Buna görə də Ronald azı La Liqanın 14-cü turunun “Alaves”lə matçını buraxacaq.

Arauxo bu mövsüm La Liqada “Barselona”nın formasını 11 oyunda geyib və 2 qol vurub.