• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ayaks"a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidi" - Qurban Qurbanov

Ölkə futbolu / Manşet

9-12-2025, 20:0

"Qarabağ" sabah Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində "Ayaks"ı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib

- Çox vacib oyundu. Hazırlaşmağa çox vaxt olmadı. İstəyərdik ki, daha bir neçə gün vaxtımız olsun. Oyunun gedişində fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Çox diqqətli olmalıyıq. Qarşıda qalib gəlmək istəyən komanda var. İlk qalibiyyəti istəyəcəklər. "Ayaks"ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Məşqi başqa yerdə edəcəklər. Görünən odu ki, bu qarşılaşmaya var gücləri ilə hazırlaşırlar. Çalışacağıq ki, yenə də öz istəkli oyunumuzu oynayaq. Çox istəyərdik ki, bu oyunda daha çox yaradıcı olaq. Amma rəqib birə-bir oynamağı xoşlayan, fərqli rotasiyalar edən kollektivdi. Azarkeşləri sevindirmək və uğurlu nəticə əldə etmək üçün çalışacağıq.

- Çoxları "Ayaks"a 3 xal gözü ilə baxır. Bu, komandaya müsbət, yoxsa mənfi təsir edir?
- Ən təhlükəlisi də bu cür yanaşmadı. İstənilən komandanın xalı çox ola bilər və ya olmaya bilər. Biz də liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. "Ayaks"a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidi. Amma güvənərək gözləmək yaxşıdı. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Çalışıb düzgün və intizamlı oynamalıyıq. Qarşımızda "Ayaks" var.

- Niderland mətbuatı "Qarabağ"ı üstün hesab edir...
- Buna azərbaycanlı kimi sevinə bilərəm. "Qarabağ"ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, sabit çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərə görə belə fikir formalaşıb. Bunun oyuna təsiri olmalı deyil. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdi.

- "Ayaks"ın sistemində dəyişikliklər old uğunu dediniz. Buna necə hazırlaşmısız?
- Oyunun gedişində dəyişikliklər edirlər. Bunu ilk dəqiqlərdən də edə bilirlər. Hücum xəttində fərqli sistem qururlar. Futbolçularım çox diqqətli olması lazımdı. Biz daha çox fəal futbol oynamaq, rəqibə təzyiq göstərmək istəyirik. Sistemdə dəyişiklik olsa, futbolçularım bunu dərhal hiss etməlidi. Düşüncələr yalnış olmamalıdı. Olsa, qapıda təhlükə ola bilər.

- "Qarabağ"Türkiyədə "Napoli" ilə matçda da favorit göstərilirdi. Hədəflərinizin neçə faizini etmisiz?
- Düşündüyümüz nəticəni etmişik və ya etməmişik, bunu demək çətin olar. "Benfika" ilə matçda liqa mərhələsində ilk qələbəmizi qazandıq. Bunu yenilik kimi qəbul etdik. Sonra 2-ci qalibiyyət oldu. "Çelsi" ilə matçda da bərabərlik qeydə alındı. Ümumi götürsək, çox yaxşıdı, gözəl nəticədi. Amma biz dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək, güvənli olmaq istəyirik. Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Minimumu əldə saxlayıb, artığını etməlisən. Bu günə kimi olan oyundan, nəticədən, futbolçularımdan çox razıyam. Daha böyük və keyfiyyətli komanda olmaq üçün yenə nəticə vermək lazımdı.

- Ötən mövsümkü "Ayaks"la indiki komandanı müqayisə edəndə ortaya hansı fərqlər çıxır?
- Futbol dedikdə həmişə "Ayaks" öndə olub. Onların oyun sistemi, oyun fəlsəfəsi, ələlxüsus da uşaq akademiyası həmişə tanınıb. "Ayaks" dedikdə Yohan Kroyf yadımıza düşür. Bugünkü baxımlı futbolun banisi odur. Belə dahi futbolçunun, məşqçinin ölkəsinin komandasıdırsa, burada məşqçilər dəyişə bilər, sistem həmişə qalacaq. Bəzi xırda detallar daim oyunun gedişatında olur. Biz heç vaxt onları düşünərək, oyuna hazırlaşmalı deyilik. "Ayaks"a qarşı oynayırıq. Qarşımızda çox ciddi komanda var.

- "Qarabağ"ın ÇL-dəki hər oyunundan sonra dünya mətbuatında çox işıqlandırılır, transfer şayiələri ortaya çıxır. "Qarabağ" qışda heyəti qoruyacaq, yoxsa oyunçuları satmağı planlaşdırırsız?
- İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemləri müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdı. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. Elə şey yoxdu ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

19-08-2024, 23:0

“Hər mərhələni keçdikcə qarşımıza daha ciddi rəqib çıxır” - Qurban Qurbanov

Premyer-liqa / Manşet

11-12-2024, 22:0

"Üç xal qazanacaq gücdəyik" - Qurban Qurbanov

Avrokuboklar / Manşet

24-11-2025, 23:0

"Oyunlara belə məsuliyyətlə yanaşırıqsa, nəticə də əldə etmək olar" - Qurban Qurbanov

Çempionlar Liqası

26-07-2022, 21:0

Qurban Qurbanov açıq futbolun gedəcəyini düşünür - Qurban Qurbanov

Avrokuboklar / Aktual

9-12-2025, 17:0

"Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq" - "Ayaks"ın qapıçısı

Manşet / Avropa Liqası

25-10-2023, 23:0

"Rəqib 2-3 fərqli sistemlə oynaya bilir, rotasiyalar edir"

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Daha çox
Oxunub: 330
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 110
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə