Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Bizon ölkə kubokunun 1/8 final mərhələsinə baş tutub. Braziliyalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub.
Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb. Ruan premyer-liqada 80 (8 qol), ölkə kubokunda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur. Qeyd edək ki, Renato 2023-cü il avqustun 5-də premyer-liqanın “Qarabağ”la səfər matçında (1:0) qəsəbə təmsilçisində debüt edib.