“Şəfa” ilə aramızda heç bir prinsipiallıq yoxdu”

2.12.2025 20:32 26
Ölkə futbolu / Aktual
1-ci liqanın 9-cu turunda “Şahdağ Qusar” “Şəfa”nı qəbul etdi. Ötən mövsüm 2-ci liqada çempionluq uğrunda mübarizə aparan komandaların duelində bu dəfə 1-ci liqada çempion olmağı hədəf götürən bakılılar qələbə qazandı - 2:0.

Qusar təmsilçisinin prezidenti və kapitanı Rahid Əmirquliyev isə 84-cü dəqiqədə meydana ayaq basdı.

Maraqlıdı, meydana çıxması öz istəyi ilə olub, yoxsa məşqçi Elnur Abdullayevin qərarı idi? Əmirquliyevin bu matçda oynamaq istəyi ötən mövsüm “Şəfa” ilə “Şahdağ Qusar” arasındakı prinsipiallıqla bağlı deyil ki? Rahid bəy sualları belə cavabladı:
“Bu mövsüm debüt etməməyim zədə ilə bağlı idi, dizimdən əməliyyat olunmuşdum. Şükürlər olsun, artıq məşqə başlamışam. Yavaş-yavaş istəyirəm ki, komandaya kömək edim. Bu matçda oynamağım heç bir prinsip məsələsi deyil. Formaya düşmək üçün yavaş-yavaş oynamaq lazımdı. Debüt “Şəfa” ilə oyuna təsadüf etdiyinə görə hər kəs hansısa prinsipiallığın olduğunu düşünür, qətiyyən prinsip yoxdu. Ötən mövsüm 2-ci liqada çempionluq uğrunda mübarizə aparmışıq, bu o demək deyil ki, biz “Şəfa” ilə, ya da “Şəfa” bizlə prinsip aparır. İstəyirəm ki, oynayım, formaya düşüm. Elnur müəllim də bu matçda şans verdi ki, oynayım”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul