Mİllimiz yenə məğlub oldu - AÇ

30.11.2025 20:55 22
İdman
Kişi basketbolçulardan ibarət millimiz 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin 5 top fərqi ilə qələbəsi ilə bitib - 90:95.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.