Yığmamız Bolqarıstana böyük hesabla uduzdu

12.11.2025 17:51 9
İdman
Qadın basketbolçulardan ibarət millimiz 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Bolqarıstanla üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 141:48.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.